+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

23 fevral su çərşənbəsidir

Baharın, Novruzun ilk qaranquşu, müjdəçisi çərşənbədir. Dörd çərşənbənin ilki Sudan başlayır. Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə Əzəl çərşənbə də deyirlər. İnanclara görə, yeni ilin gəlişində ilk oyanan su olur. Əzəl çərşənbədə el arasında su ilə bağlı ayinlər, mərasimlər keçirilir. 

Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində, Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.

Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə Əzəl çərşənbə də deyirlər. İnanclara görə, yeni illin gəlişində ilk oyanan su olur. Ona görə də bu çərşənbə su və suyun təzələnməsi ilə əlaqələndirilir. Su çərşənbəsi suya tapınma ilə başlayır. Əzəl çərşənbədə el arasında su ilə bağlı ayinlər, mərasimlər keçirilir. Su üstündən atdanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək bu ayinlərdəndir. Deyilənə görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır.

Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzi, sağlamlıq deməkdir. Ömrünüz su qədər uzun və pak olsun! Su çərşənbəniz mübarək!

Facebook
Facebook
YouTube
YouTube
Instagram