+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

31 mart Azərbaycanlıların soyqırımı günüdür

98 il bundan əvvəl erməni millətçıləri bolşeviklərin dəstəyi ilə Bakı və onun ətrafında azərbaycanlıların soyqırımına başladılar. Tezliklə qanlı hadisələr bütün Azərbaycanı bürüdü. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirdilər, onların evlərini qarət etdilər, on minlərlə insanı öz doğma yurdlarından didərgin saldılar. Yalnız Bakıda 30 min azerbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmişdir, Şamaxı qəzasında 58 kənd dağıdılıb, 7 min insan qətlə yetirilib, o cümlədən 1653 qadın və 965 uşaq. Quba qəzasında 122 müsəlman kəndi tamamilə məhv edilmişdir, Qarabağın dağlıq hissəsində 150 Azərbaycan kəndi məhv edilmişdir, Zəngəzur qəzasında 115 kənd məhv edilmişdir. Əhali cinsindən və yaşından asılı olmayaraq vəhşicəsinə qətlə yetirilmişdir. İrəvan quberniyasında – 211, Qars vilayyətində – 92 Azərbaycan kəndi dağıdılıb, yandırılıb, qarət edilmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu hadisələrə siyasi qiymət verdi və ilk dəfə rəsmən ermənilər tərəfindən Azərbaycanlılara qarşı soyqırım törətdiyini elan etdi. Hər il, 31 martda Azərbaycanda və onun hüdudlarından kənarda soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir.

“SOCAR Petroleum” QSC-nin kollektivi soyqırım qurbanlarının xatirəsi qarşında baş əyir, Azərbaycanın bu gün malik olduğu güclü dövlətçilik sahəsində bizim xalqa qarşı bir daha belə cinayətlərin törədilməyəcəyinə dair öz əminliyini bildirir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram