+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Açıq tender elanı

“SOCAR PETROLEUM” QSC

Yanacaqdoldurma məntəqələrində istifadə olunan yanacaq paylama kalonkalarına ehtiyyat hissələrinin və Yeni tikiləcək yanacaqdoldurma məntəqəsinə yanacaq paylama kalonkalarının alınması üçün keçirilən açıq satınalma müsabiqəsini (№ 003) elan edir

          I.           Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət

Müsabiqə təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) ən geci 28.02.2017-ci il, Bakı vaxtı ilə saat: 17:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

       II.           Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 27.03.2017-ci il, Bakı vaxtı ilə saat: 12.00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

    III.           Əsas şərtlər toplusunun əldə edilməsi:

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:00-dan 18:00-a kimi ala bilərlər.

Hesab nömrəsi:

“PAŞA BANK”,

AZ85PAHA00000000000010734175,

VÖEN: 1600943181,

Müştəri  xidməti Departamenti,

Kod: 505141,

Müxbir hesab: AZ82NABZ01350100000000071944,

VÖEN: 1700767721,

SWIFT BIK: PAHAAZ22.

     IV.           Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 30 (otuz) təqvim günü yerinə yetirilməsi tələb olunur.

        V.           Satınalan təşkilatın ünvanı:

AZ1031,Bakı şəhəri,Nizami rayonu,Babək pr 2269

Əlaqələndirici şəxs:

Cavid Hüseynli

Təchizat şöbəsinin mühəndisi

Tel: (+994)125700901, Daxili: 102

hcavid@socar-petroleum.az

     VI.           Elanın, satınalma predmeti haqqında geniş  məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar-petroleum.az

  VII.            Müsabiqə təklif  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 27.03.2017-ci il tarixdə,Bakı vaxtı ilə saat 15:00-da  elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

VIII.           Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

http://www.socar-petroleum.az/butun xeberler

“SOCAR PETROLEUM” QSC-nin Satınalmalar komissiyası.

 (İddiaçı şirkətin firma blankında)

 AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ  “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU

 

___________ Bakı şəhəri                                                                                                         “____”_______20__-cı il

___________№

 

“SOCAR PETROLEUM” QSC-nin

Satınalmalar komissiyasının rəhbəri cənab Ramiz Seyidova

Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR PETROLEUM” QSC-i tərəfindən Yanacaqdoldurma məntəqələrində istifadə olunan yanacaq paylama kolonkalarına ehtiyyat hissələrinin və yeni tikiləcək yanacaqdoldurma məntəqəsinə yanacaq paylama kolonkalarının satın alınması ilə əlaqədar elan edilmiş № 003 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı  ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

  • Əlaqələndirici şəxs: ____________________________
  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________
  • Telefon nömrəsi: ______________________________
  • Faks nömrəsi: ________________________________
  • Elektron ünvan: _______________________________

 

 ________________________________                                   _______________________

                   (səlahiyyətli şəxsin A.A.S)                                                                                                        (səlahiyyətli şəxsin imzası)

_________________________________

               (səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

 

SATINALINAN Yanacaq paylama kolonkalarının Ehtiyyat hissələrinin SİYAHISI

Mal-materialların adı

Mal-materialların seriya nömrəsi

Ölçü vahidi Miqdarı
Maqnetik sayğac ZE-1817-A ədəd 40
Yanacaq tapançası (benzin üçün) FN-1001-Z09 ədəd 150
Yanacaq tapançası (dizel üçün) FN-1001-Z10 (A723) ədəd 50
Yanacaq tapançası (ultra yüksək) FN-1004-J01#001 ədəd 5
Şarnir birləşmə FJ-1036-E01 (F201) ədəd 150
Filtr ZQ-1387-A ədəd 100
Elektromaqnit idarəetməli klapan ZQ-1482-D01 ədəd 40
Floumetre (pulsersiz) FM-1007-l#004/D-10 ədəd 10
Floumetring üst ehtiyyat hissəsi FM-1007U001 ədəd 40
Tapança üzlüyü (qırmızı) FNZ1001B028-010 ədəd 500
Tapança üzlüyü (mavi) FNZ1001B028-002 ədəd 200
Tapança üzlüyü (yaşıl) FNZ1001B028-005 ədəd 200
Tapança üzlüyü (sarı) FNZ1001B028-001 ədəd 300
Tapança üzlüyü (qara) FNZ1001B028-003 ədəd 50

SATINALINAN YANACAQ PAYLAMA KALONKALARININ SİYAHISI

Mal-materialların adı

Ölçü vahidi Miqdarı
1. Yanacaq paylama kalonkası ( 8 tapançalı) ədəd 10
2. Yanacaq paylama kalonkası (2 tapançalı) ədəd 5

 

Facebook
Facebook
YouTube
YouTube
Instagram