+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Açıq tender elanı

“SOCAR PETROLEUM” QSC

 

Bortlu yük kranına olan tələbatını təmin etmək məqsədi ilə

açıq satınalma müsabiqəsi (001) elan edir.

 

        I.        Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət;

§ Müsabiqə təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) ən geci 12 dekabr  2016-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin sürətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

      II.        Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

§ Müsabiqə təklifi bir əsli və 2 (tələb olunan surətlərin sayı) sürəti olmaqla 19 dekabr 2016-cı il, Bakı vaxtı ilə saat 12:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

§ Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

     III.         Əsas şərtlər toplusunun əldə edilməsi:

§ Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dillərində əldə etmək istəyənlər elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:00-dan 18:00-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

“PAŞA BANK” ASC,

AZ85PAHA00000000000010734175,

VÖEN: 1600943181,

Müştəri  xidməti Departamenti,

Kod: 505141,

Müxbir hesab: AZ82NABZ01350100000000071944,

VÖEN: 1700767721,

SWIFT BIK: PAHAAZ22.

    IV.        Müqavilənin icra müddəti:

§  Satınalma müqaviləsinin 1 ay ərzində yerinə yetirilməsi tələb olunur.

     V.        Satınalan təşkilatın ünvanı:

AZ1031

Bakı şəhəri

Nizami rayonu

Babək pr,2269

Konfrans zalında

 

Əlaqələndirici şəxs:

Hüseynli Cavid

Təchizat şöbəsinin təchizatçısı

+994 12 570-09-01 Daxili: 102

+994 12 570-09-02.

hcavid@socar-petroleum.az

    VI.        Elanın, satınalma predmeti haqqında geniş  məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar-petroleum.az

   VII.         Müsabiqə təklif  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 19 dekabr 2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

 VIII.        Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

http://socar-petroleum.az/butun-xeberler/

 

 İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ  “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU

 

___________ şəhəri                                                                                                                     “__”_______20__-cı il

___________№

 

“SOCAR PETROLEUM”QSC

Satınalmalar komissiyasının sədri cənab Ramiz Seyidova

Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR PETROLEUM” QSC tərəfindən bortlu yük kranının satın alınması ilə əlaqədar elan edilmiş 001 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı  ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığına zəmanət veririk.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

  • Əlaqələndirici şəxs: ____________________________
  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________
  • Telefon nömrəsi: ______________________________
  • Faks nömrəsi: ________________________________
  • Elektron ünvan: _______________________________

 

 

 

 

________________________                                                 _______________________

                   (səlahiyyətli şəxsin A.A.S)                                                                                               (səlahiyyətli şəxsin imzası)

________________________

               (səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

 

  

SATIN ALINAN MALın  SİYAHISI

 

SATIN ALINAN MALın SİYAHISI VƏ ona daİr tələblər

 

 

 

S/S Malın (işin və xidmətin) adı Ölçü vahidi Miqdarı
1 Bortlu yük kranı “Mersedes Atego” ədəd 1

  

TEXNİKİ PARAMETRLƏR

 

Marka model: Mercedes Atego
Getdiyi yol km: 400000 dən çox olmayaraq
Kranın yük götürmə qabiliyyəti: 3 tondan az olmayaraq
Mühərrikin həcmi: 6400
Buraxılış ili: 2006-2007
Yanacaq növü: Dizel

 

Facebook
Facebook
YouTube
YouTube
Instagram