+994(12) 570-09-01 info@socar-petroleum.azen|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Azərbaycanda “SOCAR” brendi altında 25-ci yanacaqdoldurma məntəqəsi açılıb

Goranboy rayonu, Cinli Boluslu kəndində “SOCAR” brendi altında yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Sayca 25-ci olan bu YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatika sistemi kimi innovativ yeniliklər tətbiq edilib.

“Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Yeni YDM-in açılışında “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov iştirak edib. Baş direktor bir neçə il əvvəl ölkə Prezidenti İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı söylədiyi sözləri xüsusilə vurğulayıb: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirməlidir”.

O qeyd edib ki, bu prinsiplərə dayanaraq Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi aktiv şəkildə genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 45 nəfər işçi çalışır.

Açılış mərasimində tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olublar.