+994(12) 570-09-01 info@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Azərbaycanda “SOCAR” brendi ilə 26-cı yanacaqdoldurma məntəqəsi açılıb

Dekabr ayının 6-da Ucar rayonunun Müsüslü kəndi ərazisində “SOCAR PETROLEUM” QSC-ə məxsus sayca 26-cı yanacaqdoldurma məntəqəsinin açılış mərasimi olmuşdur. YDM müasir şəraiti və yüksək xidmət keyfiyyəti ilə bölgənin aparıcı müəssisələrindəndir. Yanacaqdoldurma məntəqəsi öz çox profilli xidmətlərini yerləşdiyi coğrafi ərazinin əhalisinə təqdim edəcəkdir. Yanacaqdoldurma məntəqəsinin modern görünüşü ilə bərabər beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilmişdir. Digər YDM-lərdə olduğu kimi nağdsız ödənişi nəzərdə tutan POS-terminallar, ən son model Yaponiya istehsalı olan TATSUNO yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem, təhlükəsizlik məqsədilə fasiləsiz fəaliyyət göstərən videomüşahidə sistemi kimi innovativ yeniliklər bu məntəqədə tətbiq edilmişdir.

“Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana uyğun olaraq “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətidə, öz töhfəsini verir və bundan sonrada verəcəkdir.  Cəmiyyət  Bakı şəhərində olmaqla yanaşı ölkənin digər müxtəlif bölgələrində də, neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün var gücü ilə çalışır.

“Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Yeni YDM-in istifadəyə verilməsini “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov açıq elan etdi və SOCAR prezidenti R.Abdullayevin bu münasibətlə təbriklərini çatdırdı. Tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunan müasir avadanlıqlarla tanış edildi. Həmin YDM-də orta hesabla 25 nəfər ərazi üzrə qeydiyyatda olan işçilər çalışırlar.

Tədbirin sonunda “SOCAR PETROLEUM” QSC-nin baş direktoru T. Seyidov kollektivi yeni yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar dilədi.