Bakıda “SOCAR” brendi yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib
Paytaxtın Səbаil rауonu, Salyan şosesi (Şıxov) 13-cü km ünvanında yerləşən YDS-in açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər QSC rəhbərliyi tərəfindən qarşıya qoyulan inkişaf yönümlü strateji plandan bəhs ediblər. Ardıcıl olaraq müxtəlif bölgələrimizdə, xüsusən işğaldan azad edilən torpaqlarımızda yeni yanacaqdoldurma stansiyalarının istifadəyə verilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə işlərin uğurla davam etdirildiyi bildirilib. Eyni zamanda, QSC-nin kollektivinə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.
Qeyd edək ki, QSC tərəfindən ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasəti diqqətdə saxlanılır. Bu xüsusda yeni yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 20 yeni iş yeri də yaradılıb.
Şəhərin ən çox istifadə edilən yollarından birindəfəaliyyət göstərəcək YDS-də 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz edilib.
Son zamanlar ölkəmizdə elektromobillərə artan marağı nəzərə alaraq, həmçinin ekosistemin davamlılığına töhfə vermək məqsədilə YDS-də tezliklə elektroşarj avadanlığının quraşdırılması da nəzərdə tutulur. Yeni quraşdırılacaq şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə biləcək.
Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində “SOCAR” brendli 61 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 8-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.