+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Bakı-Sumqayıt yolu, ekologiya postu yaxınlığında “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Aprel ayının 19-da Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci km. 4 ünvanında, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verildi. Bu istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərinə bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş YDM-də “SUPER”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir.  Sürücülərin rahatlığının təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə məntəqədə yeddi yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da on iki kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. 

Bununlada “SOCAR PETROLEUM” QSC-nin bir ədəd sıxılmış təbii qaz  doldurma məntəqəsi (STQDM) daxil olmaqla 32 yanacaqdoldurma məntəqəsi (YDM), yeni istifadəyə verilmiş məntəqə ilə birlikdə isə YDM şəbəkəsi 33-ə çatdırıldı.

Hazırda bu yanacaqdoldurma məntəqəsində 27 nəfər işçi çalışır.

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC-nin (QSC) 33 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlükləri vardır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram