+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

BirKartlılara “SOCAR PETROLEUM” QSC və “CNG AUTOGAS” MMC tərəfindən qaz avadanlığı quraşdırmaq “0%” oldu

“SOCAR PETROLEUM” QSC-nin tərəfdaş şirkəti olan “CNG AUTOGAS” MMC müasir, təhlükəsiz, ekoloji təmiz və iki dəfə qənaətcil sıxılmış təbii qaz (CNG) yanacağından faydalanmaq üçün CNG avadanlıqlarının nəqliyyat vasitələrinə quraşdırılması işinin asanlaşdırılması məqsədilə sıfır faizli taksitli ödəniş sisteminin tətbiqinə başlayıb. Tətbiq olunmuş ödəniş sistemi Kapital bankın faizsiz və komissiyasız “Bir Kart” taksit kartıdır. Artıq BirKart sahibləri olan müştərilər “CNG AUTOGAS” MMC-dən CNG avadanlıqlarının qiymətini 6 və ya 12 aya bölüb əlavə faiz ödəmədən taksitlə əldə edə bilərlər.

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC-nin yanacaq doldurma şəbəkəsinin artiq beş məntəqəsində CNG ilə işləyən nəqliyyat vasitələri CNG yanacağı əldə edirlər. Hazırda “SOCAR PETROLEUM” QSC cari ilin sonunadək Bakı və ətrafda yerləşən CNG yanacaq doldurma məntəqələrinin sayını 21 –dək çatdırılmasını planlaşdırır və bu istiqamətdə işlər aparır.

Əlaqə üçün nömrə: 050 404 41 12

Facebook
Facebook
YouTube
YouTube
Instagram