+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Çənlərin təmizlənməsi işləri həyata keçirilir

Ölkəmizin iqtisadiyyatında və sosial həyatında müstəsna əhəmiyyətə malik olan yanacaqdoldurma məntəqələrinin daha da inkişaf etdirilməsi, əhalinin yanacaqla təminatının yaxşılaşdırılması və enerjidaşıyıcılardan istifadənin səmərəsinin artırılması məqsədi ilə “SOCAR PETROLEUM” QSC (QSC) tərəfindən vacib addımlar atılır. Vacib addımlardan biri də QSC tərəfindən satışı həyata keçirilən neft məhsullarinin standartlara uyğun saxlanılması, neftyığılan, nəql edən mühəndis qurğularına və avadanlıqlarına vaxtında texniki xidmətin göstərilməsidir.
Bu prinsipləri nəzərə alaraq 02 oktyabr tarixində “SOCAR PETROLEUM” QSC-ə məxsus Siyəzən rayonu, Bakı-Quba yolunun 86-cı km-də yerləşən yanacaqdoldurma məntəqəsində yeraltı üfüqi polad çənlərin təmizlənməsi işləri həyata keçirilmişdir. Təmizlənmə işləri tərtib olunmuş və rəhbərlik tərəfindən təsdiqlənmiş qrafikə uyğun olaraq aparılmışdır və nəticələrlə bağlı aktlar tərtib edilmişdir. İlk olaraq təmizlənmə 50m3–lik üfüqi polad dizel çənində başlanılmışdır. Çəni təmizləməyə hazırlayarkən yanacadoldurma məntəqəsinin istismar qaydaları əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilmişdir. “SOCAR PETROLEUM” QSC elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə etməklə yeraltı üfüqi polad çənlərin sənaye-çirkab qalıqlarından təmizlənməsi prosesinin yaxşılaşdırılmasına və təmizləmə zamanı yığılmış qalıq neft məhsullarının itkisinin qarşısının alınmasına nail olur.
Sonda 50 m3 – lik üfüqi polad dizel çəni diafraqmalı nasos və vintli kompressor vasitəsilə çənin ölü səviyyəsindən qalıq neft məhsulları qablara boşaldılaraq təmizləndi, çənlərin bütün avadanlıqları yoxlanıldı və yanacağı qəbul etmək üçün təhvil verildi.
Bundan başqa bildiririk ki, “SOCAR PETROLEUM” QSC-ə məxsus bütün yanacaqdoldurma məntəqələrinin çənlərində quraşdırılan dalğıclar çənin dib nöqtəsindən 12-14 sm. hündürlükdə quraşdırılmışdır. Ona görədir ki, yığılmlş qalıntı maddələr müştərilərin avtomobillərinə daxil olmasın. Buda dünya təcrübəsinə dayanaraq tətbiq edilmişdir. Gördüyünüz bu formalı təmizlənmə işləri təsdiqlənmiş qrafikə uyğun olaraq hər altı aydan bir həyata keçirilir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram