+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Gürcüstanın energetika naziri yaxın günlərdə Azərbaycana səfər edəcək

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək.

“SOCAR Petroleum” QSC azərtaca istinadən bildirir ki, Səfər çərçivəsində o, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), həmçinin neft və qaz beynəlxalq konsorsiumunun nümayəndələri ilə görüşəcək.

K.Kaladze bildirib ki, səfərdən məqsəd “Şahdəniz” yatağından əlavə həcmdə təbii qaz almaq üçün danışıqları davam etdirməkdir. “Biz bu sahədə Azərbaycan tərəfi ilə fəal çalışırıq. Çox nikbinik və danışıqların müsbət nəticələnəcəyini düşünürük”, – deyə Kaladze vurğulayıb.

Gürcüstanın energetika naziri bir neçə gün öncə Vyanada “Qazprom” şirkəti ilə aparılan danışıqlarda heç bir razılığın əldə olunmadığını da bildirib.

Facebook
Facebook
YouTube
YouTube
Instagram