+994(12) 570-09-01 office@socar-petroleum.azen|ru|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Haqqımızda

“SOCAR PETROLEUM” QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin iqtisadiyyatında, o cümlədən neft sektorunda apardığı uğurlu və səmərəli islahatların nəticəsi olaraq Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 15.09.2008-ci ildə təsis edilmiş və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlamışdır.

“SOCAR PETROLEUM” QSC elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən uyğun xidmət sahələri ilə kompleksləşdirilmiş, müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələri inşa etdirir və onları istismar edir.

Cəmiyyət Azərbaycan Respublikasının hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün böyük həcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır.

Eyni zamanda “SOCAR PETROLEUM” QSC-nin başlıca məqsədi öz fəaliyyətində yüksək keyfiyyətli xidməti təmin edən mütərəqqi texnologiya işləmələrinin tətbiqinə də böyük sərmayələr yatırmaqla yanaşı əhaliyə Avro-3 standartının tələblərinə uyğun neft məhsullarının satışını təşkil və təmin etməkdir.

“SOCAR PETROLEUM” QSC tərəfindən təklif olunan bütün xidmətlər vətəndaşlarımızın rahatlığını təmin etmək məqsədini daşıyır və ümid edirik ki, yaxın gələcəkdə “SOCAR PETROLEUM” QSC-nin yanacaqdoldurma məntəqələri sürücülərimizin bir nömrəli seçiminə çevriləcəkdir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Yaxın zamanlarda şirkətin yeni yanacaqdoldurma məntəqələri fəaliyyətə başlayacaq. Cəmiyyətə məxsus olan yanacaqdoldurma məntəqələrinin əsasən Bakı şəhərinin giriş və çıxış yerlərində salınması heç də təsadüfi deyil. Bu məntəqələr şirkət üçün daha cəlbedici görünür. Şəhərimizə təşrif buyuran qonaqlar, eləcə də, vətəndaşlarımız SOCAR PETROLEUM şirkətinin yanacaqdoldurma məntəqələrində həmişə ən yüksək servis və keyfiyyətli yanacaqla təmin olunurlar. Şirkətin 32 yanacaqdoldurma məntəqəsi və 11 neft məhsullarının saxlama terminalı, 1 STQ terminalı fəaliyyət göstərir. SOCAR PETROLEUM-da 1500 nəfərdən çox işçi çalışır. Hər yeni məntəqə açıldıqda əlavə 50 iş yeri açılır.
Hal-hazırda aşağıdakı YDM-lər fəaliyyət göstərir:

Filtrlə
Başlıq Kateqoriya Ünvan Ünvan\Telefon Link
Facebook
Facebook
YouTube
YouTube
Instagram