+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Heydər Əliyev adına NEZ-in rekonstruksiyası 800 milyon dollara başa gələcək

İspaniyanın “Tecnicas Reunidas” şirkəti tərəfindən həyata keçiriləcək Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) rekonstruksiyası 800 milyon dollara başa gələcək.
“SOCAR PETROLEUM” QSC AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İspaniyanın www.eleconomista.es portalı məlumat verir.
Portalın xəbərində qeyd edilir ki, Azərbaycandakı neft emalı zavodunun yenidən qurulması və modernləşdirilməsi ispan şirkəti tərəfindən həyata keçiriləcək. Xəbərdə “Tecnicas Reunidas” şirkətinin SOCAR ilə dəyəri 800 milyon dollar olan müqavilə imzaladığı və müqaviləyə əsasən, ispan şirkətinin 38 aya Heydər Əliyev adına NEZ-in yenidən qurulması və modernləşdirilməsini həyata keçirəcəyi bildirilir.
Modernləşmə nəticəsində Bakıdakı zavodun illik emal gücü 7,5 milyon tona çatdırılacaq və burada “Avro 5” standartına cavab verən benzin və dizel yanacağı istehsal olunacaq.

Facebook
Facebook
YouTube
YouTube
Instagram