+994(12) 570-09-01 info@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“KamAZ-master”in mexaniki Rafael Axmadullin: “Dünən SOCAR-dan dizel vurmuşuq, əla yanacaqdır.

“Bu idman növünü Azərbaycanda da inkişaf etdirmək olar. Bakıda olduğum müddətdə şəhəri və ətrafı gəzdim. Burada idman yük avtomobillərinin yarışını keçirmək mümkündür”.

“Report” xəbər verir ki, bunu Rusiyanın “KamAZ-master” komandasının pilotu Ayrat Mardeyev Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasının tərəfdaşlığı ilə keçirilən mətbuat konfransında deyib.

30 yaşlı sürücü bildirib ki, Bakının Formula 1 üzrə yarışı qəbul etməsi Azərbaycan üçün böyük nailiyyətdir: “Qran Prinin lisenziyasını əldə etmək asan iş deyil. Artıq iki ildir ki, Bakıda Formula 1 keçirilir. Çox maraqlı və cəlbedici trekiniz var”.

A.Mardeyev “KamAZ-master”in baş sponsoru olan “VTB Bank” və “Red Bull” ilə əməkdaşlıqlarına da toxunub: “Bakıya ilk səfərimdir. Şəhəri, Heydər Əliyev Mərkəzini çox bəyəndim. Buradakı avtomobil kolleksiyası insanı heyrətləndirir. Həmçinin “VTB Bank”ın Azərbaycan şöbəsində görüşümüz oldu. Bizi çox isti qarşıladılar. VTB ilə artıq 10 ildən çoxdur əməkdaşlıq edirik. Ən etibarlı tərəfdaşdır. Onlara minnətdarıq. Hər zaman bizi dəstəkləyiblər. “Red Bull”a gəlincə, onlar bizim qanadlarımızdır. Qalib gəlməyimizə kömək edir”.

Təcrübəli pilot 2018-ci ildə Peru, Boliviya və Argentinada keçiriləcək “Dakar” rallisinə ciddi hazırlaşdıqlarını söyləyib. O, yarışın 40 illiyinə təsadüf edəcək rallinin çox maraqlı olacağını söyləyib.

“KamAZ-master”in mexaniki Rafael Axmadullin isə SOCAR-ın yanacaqdoldurma məntəqəsindən dizel vurduqlarını və çox bəyəndiklərini deyib: “Dünən SOCAR-dan dizel vurmuşuq, əla yanacaqdır. Çox bəyəndik. Yaxşı təəssürat bağışladı”.

Qeyd edək ki, “KamAZ-master” komandası “Dakar” rallisinin 14 qat qalibidir. A.Mardeyev “Dakar 2015” rallisinin çempionudur. O həmçinin “İpək Yolu” rallisində 2 dəfə birinci yeri tutub.