+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Nardaranda SOCAR brendli modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib (Foto)

Nardaran qəsəbəsində “SOCAR” brendli modul tipli yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

“SOCAR PETROLEUM”a məxsus modul tipli YDS Nardaran qəsəbəsi dalan 31, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşir. “Sea Breeze Resort” ərazisindəki yanacaqdoldurma stansiyasında 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da həm kiçik, həm də iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Həmçinin YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək.

Qeyd edək ki, yeni YDS ərazisi seçilərkən həmin ərazidə yaşayan əhalinin yanacağa tələbatının yüksək olması əsas götürülüb. Həmçinin yaxın zamanda yanacaqdoldurma stansiyasında müştərilər üçün bir sıra kampaniyaların keçirilməsi nəzərdə tutulur.

Nardaranda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 48-ə çatdırılıb.    Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.

“SOCAR PETROELUM” QSC-nin starateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayı dinamik inkişafla artırılır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram