+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadasına yekun vuruldu

“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə oktyabrın 15-də start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası başa çatdı. 30 komandanın qatıldığı mötəbər yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1412 iştirakçı mübarizə aparırdı ki, onlardan da 334-ü qadınlar idi. Yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə “Aura” İdman Klubunda, güllə atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirildi.

Mötəbər yarışların beşinci günündə 7 idman növü (mini-futbol, stritbol, stolüstü tennis, voleybol, nərd, darts, kəndirdartma) üzrə mübarizələrə son verildi.

Mini-futbol yarışında “SOCAR PETROLEUM” QSC-nin komandası qalib adını qazandı. Stritbol növündə isə kişilər arasında “SOCAR PETROLEUM” QSC liderliyə yüksəldi.

Qalib və mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olundu.

Bununla da neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası öz işini sona çatdırdı.

Facebook
Facebook
YouTube
YouTube
Instagram