+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Novxanıda SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

2023-cü il martın 2-də SOCAR brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib. 

“Aİ-92”, “Aİ-95” Premium, və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçirildiyi və nağdsız ödənişlər üçün pos-terminalların fəaliyyət göstərdiyi stansiya Abşeron rayonu, Novxanı kəndində yerləşir.  

“SOCAR PETROLEUM” QSC tərəfindən istifadəyə verilən YDS-də 20 yeni iş yeri yaradılıb. Yeni YDS-lər, eyni zamanda ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.

Yeni açılan YDS ilə birlikdə 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olmaqla, ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 46-ya çatdırılıb.

Sıxılmış təbii qaz (CNG) terminalına və şəbəkəsinə də sahib olan “SOCAR PETROLEUM” QSC ekoloji baxımdan əlverişli olan CNG yanacağının satışında ölkə üzrə liderdir.

Şirkətin strateji inkişaf planına uyğun olaraq, gələcəkdə YDS-lərin sayının artırılması gözlənilir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram