Qara təlim, tədris mərkəzində hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti üçün kurslar təşkil olunmuşdur

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala Təlim, Tədris Mərkəzində Təhlükəsizlik İdarəsi ilə razılaşdırılmış plan və proqrama uyğun olaraq 2011-ci ildən müvafiq kurslar üzrə təlim-tədris prosesi fəaliyyət göstərir.
2014-cü ilin iyul ayından isə Mərkəzdə hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti və şəxsi heyətinin hazırlığı üzrə maarifləndirilmə kursları həyata keçirilir. Fevralın 24-dən 26-dək bu silsilədən növbəti kurslar təşkil edilmişdir. Kursların keçirilməsində məqsəd əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən xidməti fəaliyyət üçün zəruri olan bilik və bacarıqların əldə edilməsidir. Kurslarda dinləyicilərə şəxsi heyət arasında kommunikasiya, peşə etikası, ekstremal şəraitlərdə istiqamətlənmə, eləcə də, fövqəladə hadisələr zamanı ilk tibbi yardımın göstərilməsi, müəssisələrdə əməyin mühafizəsi, texniki və şəxsi təhlükəsizlik, istehsalat sanitariyası qaydaları, qəzaların ləğv edilməsi və təxliyyə planları tədris olunur. Kursun sonunda yaradılmış xüsusi komissiya tərəfindən dinləyicilərin bilik, bacarıq və vərdişləri yoxlanılacaq. İmtahandan uğurla keçmiş dinləyicilər sertifikatlara layiq görüləcəklər.

Facebook
Facebook
YouTube
YouTube
Instagram