+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR avtonəqliyyat üçün sıxılmış təbii qaz (CNG) şəbəkəsini genişləndirir

S

  • Yeni açılan 4 CNG terminalı ilə birlikdə artıq SOCAR-ın 9 yanacaqdoldurma məntəqəsində CNG satışı həyata keçirilir
  • Yaxın zamanda SOCAR-ın daha 12 YDM-də CNG terminalları quraşdırılacaq;
  • CNG-nin qiyməti 45 qəpikdir, təchizatı ilə bağlı qıtlıq gözlənilmir
  • CNG-nin sərfiyyatı LPG-dən 20% azdır, benzinlə müqayisədə isə hər 3 min kilometrdə 135-315 AZN civarında qənaət yaradır
  • CNG mühərrikin istismar dövrünü, yağdəyişmə intervallarını uzadaraq, əlavə qənaət yaradır
  • Qəza baş verdiyi halda, CNG havaya uçur və alışma dərəcəsi yüksək olduğuna görə digər yanacaq növlərindən daha təhlükəsizdir
  • CNG ətraf mühitin ən az çirkləndirən yanacaq növlərindəndir və Bakıda ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kömək edir

“SOCAR PETROLEUM” QSC  yanacaqdoldurma şəbəkəsinin inkişaf planına uyğun olaraq daha 4 CNG (Sıxılmış Təbii Qaz) məntəqəsini istifadəyə verdi.  CNG-nin hazırda sərfiyyat və təhlükəsizlik baxımdan bazarda olan ən əlverişli yanacaqdır. CNG-nin ekoloji cəhətdən də ən təmiz yanacaq olduğunu nəzərə alan SOCAR CNG satışı istiqamətində fəaliyyətini intensivləşdirir. Qeyd edək ki, Bakı və şəhər ətrafında CNG şəbəkəsinin genişləndirilməsi çərçivəsində açılan yeni məntəqələr Xəzər rayonu, Bakı Salyan şosesinin 70-ci km-i, Bakı-Quba yolunun 28-ci km-i, Xətai rayonu ərazisində yerləşir.  

Yeni CNG terminallarının açılışı ilə “SOCAR PETROLEUM” CNG şəbəkəsinin yanacaqdoldurma məntəqələrinin  sayı doqquza çatdırılıb. İnkişaf planına uyğun olaraq yaxın zamanda əlavə 12 CNG məntəqəsinin istismara verilməsi və şəbəkəyə  daxil olan məntəqələrin sayının 21-ə çatdırılması planlaşdırılr.

CNG-nin pərakəndə satış qiyməti bir kub metr (1 litr benzinin təqribi ekvivalenti) üçün 0,45 manat təşkil edir. Aİ-92 benzinlə müqayisədə hər 3000 km-də 135 manat qənaət etməyə imkan yaradır. Aİ-95 benzinlə işləyən avtomobillərdə isə bu məbləğ 315 manat təşkil edir.

Digər yanacaq növlərinə nisbətən təbii qaz azotu 70-90%, karbon monoksidi 60-70%, karbon dioksidi isə 20-30% daha az emisiya edir. Təbii qazda kükürd olmadığından kükürd oksidləri yaranmır. Bu da, öz növbəsində mühərrikin metal səthlərinin aşınmasının qarşısını alır.  Beləliklə, bu yanacağın  keyfiyyətləri  daxili yanma mühərriklərinin istismar və yağdəyişmə müddətinin uzadılmasına və yağdəyişmə xərclərinin azaldılmasına imkan verir. 2018-ci ildən etibarən ölkədə təbii qaz hasilatı artan həcmlərlə inkifaş etdiyi üçün gələcəkdə yanacaq bazarında CNG çatışmazlığı gözlənilmir.

CNG (sıxılmış təbii qaz və ya “compressed natural gas”) təbii qazın 200 bar təzyiq altında sıxılmış formasıdır, 95% metandan ibarətdir. Satış qiymətinin aşağı olması bu mühərrik yanacağından istifadə edən istehlakçıların maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır. Beynəlxalq təcrübəyə əsasən benzin və dizel yanacaq növlərinin əsas alternativi sayılan CNG ekoloji cəhətdən ən təmiz və təhlükəsiz  mühərrik yanacağıdır və AVRO-6 ekoloji standartının tələblərinə cavab verir. Sərfiyyatı maye qaz (LPG) ilə müqayisədə 20% azdır. Azərbaycanda 2015-ci ildən etibarən ictimai nəqliyyatda istifadə edilir, 2018-ci ildən isə YDM şəbəkəsi vasitəsi ilə pərakəndə satılılr. CNG-nin Azərbaycanda əsas istifadəçilərindən biri də BakuBus MMC-dir.

Hazırda aşağıdakı ünvanlarda yerləşən YDM-lərdə CNG satışı həyata keçirilir:

1. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfi
2. Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsi (Olimpiya stadionunun yaxınlığı)
3. Xətai rayonu, Babək prospekti, 2315-ci məhəllə (keçmiş avtomobil bazarının yaxınlığı)
4. Yasamal rayonu, “Qanlı göl” adlanan ərazidə yerləşən avtomobil satış mərkəzinin şimalında, xarici dairəvi yolun sağ tərəfi.
5. Zığ-Hövsan yolundakı sıxılmış təbii qaz terminalının qarşısındakı qaz doldurma məntəqəsi
6.Xəzər rayonu, Mərdəkan-Qala yol ayrıcının cənub-qərb hissəsindəki YDM; 

7.Bakı Salyan şosesinin 70-ci km-i, Hacıqabul-Astara yol ayrıcı, yolun sağ tərəfindəki YDM;

8.Bakı-Quba yolunun 28-ci km-də, yolun sağ tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığındakı YDM;

9.Xətai rayonu, Nobel prospektindəki YDM.

Facebook
Facebook
YouTube
YouTube
Instagram