+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR ilə sür, EPUL ilə qazan kampaniyası davam edir

“SOCAR PETROLEUM” və yenilikləri  ilə daim  fərqlənən “EPUL” platforması, birlikdə daha  bir maarifləndirici kampaniyanı elan etdilər.

Məlum olduğu kimi 14.12.2020 tarixindən “SOCAR” yanacaqdoldurma (YDM)  şəbəkəsində EPUL ödəmə xidməti, PAŞA bank və Visa, QR kod ilə ödənişlər aktiv  edilmişdir. Layihənin  davamı olaraq daha  bir kampaniya elan  edilir. Belə ki, 13.02.2021-28.02.2021 tarixlərində “SOCAR” YDM-lərindən E-PUL mobil əlavəsi ilə “QR PAY” vasitəsi ilə ən  çox ödəniş  sayı edən istifadəçiyə “SOCAR PETROLEUM” QSC  tərəfindən 100 AZN  dəyərində  hədiyyə kartı  təqdim olunacaq.

Pandemiya şəraitində təmassız ödənişlərin daha rahat təmin  edilməsinə çalışan EPUL,  həm  də bu ödənişlərin  istifadəçilərə əlavə hədiyyələr  qazandırılmasına vəsilə olur.

İstifadəçi məmnunluğuna xüsusi önəm verən “PAYSİS” MMC  yeni ildə  də yeni  xidmət və kampaniyalarını təqdim  edəcək.

Xidmətdən istifadə etmək üçün istehlakçılar aşağıdakıları etməlidirlər:

  • Android və ya IOS üçün E-PUL mobil tətbiqini yükləməli

Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android

IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4

  • Visa kartı qeydiyyatdan keçirilməli və mobil tətbiqetmə ilə əlaqələndirməli;
  • Operator avtomobildə yanacaqı doldurduqdan sonra, sürücü yanacaq pompasına quraşdırılmış QR-kodu EPUL tətbiqi ilə oxutmalı;
  • Tətbiqdə yanacaq üçün ödənməli olunan məbləği bir toxunuşla təsdiqləməlidirlər.
  • Operator üçün uğurlu ödəniş haqqında qəbz də verilir.
Facebook
Facebook
YouTube
YouTube
Instagram