+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR “LUKoil”a Türkiyə bazarında birgə işləməyi təklif edib

Rusiyanın “LUKoil” neft şirkəti Türkiyədəki bazar payını artırmaq üçün SOCAR ilə danışıqlar aparır.

“SOCAR PETROLEUM” QSC azərtaca istinadən xəbər verir ki, bu barədə “LUKoil”un İdarə Heyətinin üzvü Vadim Vorobyov deyib.

Türkiyənin neft bazarının “LUKoil” üçün strateji əhəmiyyət daşıdığını bildirən V.Vorobyov şirkətin bu ölkədə bazar payını artırmaq üçün müxtəlif variantları nəzərdən keçirdiyini qeyd edib. “Bununla bağlı SOCAR tərəfindən təklif almışıq. SOCAR ilə Türkiyədə birgə satış və satınalmalar həyata keçirməyi düşünürük. Lakin hazırda danışıqlar davam edir və müəyyən bir nəticəyə gəlinməyib”.

Facebook
Facebook
YouTube
YouTube
Instagram