+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM”-dan yenilik

SOCAR PETROLEUM” QSC-nin inkişaf fəlsəfəsi, öz fəaliyyətini bazara uyğun inkişaf strategiyasına əsaslanan məntiqlə həyata keçirmək niyyətinə uyğun olan imkanların və dəyərlərin, əqidə və pirinsiplərin strateji inkişafının müəyyənləşdirilməsidir. Biznesin inkişaf strategiyası daimi rəqabət mühitində uğurla yaşaya bilməz, əgər onun niyə çalışdığına, öz fəaliyyətində nəyə nail olmaq istədiyinə uyğun müəyyən məqsəd və ya istiqaməti yoxdursa. Bu vəziyyəti obrazlı şəkildə verən qoca və müdrik elm qeyd edir ki, gəmi üçün səmt küləyi yoxdursa, komanda hara üzdüyünü bilməz. Bu baxımdan rəqabətliliyin daima gücləndiyi, qloballaşdığı, yeni texnologiyaların sürətlə yayıldığı, yeni məhsulların meydana gəldiyi və istehlakçı gözləmələrinin artdığı bir şəraitdə “SOCAR PETROLEUM” QSC sürücülər üçün yeni kampaniyaya start verdi. Bir ay ərzində davam edəcək kampaniyanın məqsədi QSC-nin öz müştərilərinə dəyər verməsidir. Bu gün müştərilərin seçimlərinin geniş olduğu mühitdə keyfiyyətli xidmət təklif edən, standartların bütün tələblərinə cavab verən yanacağın satışını həyata keçirən yanacaqdoldurma məntəqələrinə üstünlük verirlər. Kampaniya üç mərhələdən ibarət olmaqla avqust ayı ərzində “SOCAR” brendi ilə fəaliyyət göstərən müxtəlif yanacaqdoldurma məntəqələrində (YDM), müxtəlif tarixlərdə və saatlarda həyata keçiriləcəkdir. Hər bir müştəri “SOCAR” YDM-ə yaxınlaşaraq 20 litr və daha çox istənilən növ yanacaq aldıqda bir ədəd pulsuz BİZON enerji içkisi əldə edəcəkdir.
Kampaniyanın birinci mərhələsi aşağıdakı ünvanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində davam etdirilir: H.Əliyev pr-ti 238 (keçmiş Sabunçu dairəsi yaxınlığında) YDM-də 1, 2, 3, 4, 5, 6, 7 Avqust tarixlərində 17:00-19:00 arası qüvvədədir.
“SOCAR PETROLEUM” QSC bundan sonra da müxtəlif növ kampaniyalar həyata keçirərək müştəriləri sevindirəcəkdir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram