+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC 7 yanacaqdoldurma məntəqəsində “Super” markalı benzinin satışına başlayıb

Böyük müştəri kütləsinin “Super” (A-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq ötən gündən etibarən yalnız yeddi müxtəlif ünvanlarda fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb.

“SOCAR PETROLEUM” QSC-nin aşağıdakı yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışı həyata keçirilir:

1. Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçi dairəsinin yaxınlığı);

2. Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);

3. Bakı-Quba yolunun 28-ci km-də (yolun sağ tərəfi);

4. Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpia Stadionunun yaxınlığı);

5. Babək prospekti (şəhər mərkəzi istiqamətində);

6. Ziya Bünyadov prospekti;

7. Nobel prospekti.

Qeyd edək ki, Azərbaycanda “Super” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,50 manat/litr təşkil edir və “Euro-5” ekoloji standartın tələblərinə cavab verir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram