+994(12) 570-09-01 info@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC ASAN Radio ilə birgə sürücülər üçün yeni kampaniyaya başlayıb

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ASAN Radio ilə birgə sürücülər üçün yeni kampaniyaya başlayıb.
“SOCAR PETROLEUM” QSC hər il olduğu kimi, bu il də müştəriləri üçün yeni kampaniyaya başlayır. Bir il müddətinə davam edəcək kampaniyanın məqsədi QSC-nin öz müştərilərinə dəyər verməsidir. Bu gün müştərilərin seçimlərinin geniş olduğu mühitdə keyfiyyətli xidmət təklif edən, standartların bütün tələblərinə cavab verən yanacağın satışını həyata keçirən yanacaqdoldurma məntəqələrinə üstünlük verirlər.
Həftə içi üç gün hər dəfə günün fərqli saatlarında ASAN Radionun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Bakı şəhərində 5 saylı “ASAN xidmət”, Sumqayıt şəhərində 1 saylı “ASAN xidmət” mərkəzi vardır. Hər müsabiqədə radionun aparıcısı tərəfindən elan olunan “ASAN xidmət”ə birinci yaxınlaşan sürücü qalib hesab olunur və 30 manat dəyərində kuponu əldə edir. Kuponu əldə edən qalib “SOCAR PETROLEUM” QSC-yə məxsus bütün yanacaqdoldurma məntəqələrinə yaxınlaşaraq 30 manat dəyərində istənilən növ yanacaq əldə edə biləcək.
Bundan sonra da Cəmiyyət müxtəlif növ kampaniyalar həyata keçirərək müştəriləri sevindirəcəkdir.