+994(12) 570-09-01 info@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC Dövlət Yol Polisi ilə birgə xanım sürücülər üçün aksiya keçirmişdir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının paytaxt ərazisində “Nümunəvi qadın sürücü” devizi altında ənənəvi aksiya keçirilmişdir. Həmin aksiyada “SOCAR PETROLEUM” QSC də iştirak edib. Paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunaraq saxlanılan xanım sürücülər mükafatlandırılmışdır. Aksiya çərçivəsində “SOCAR PETROLEUM” QSC tərəfindən xanım sürücülərə hədiyyələr təqdim edilmişdir. Paytaxt Bakının müxtəlif küçə və prospektlərində saxlanılan zərif cinsin nümayəndələrinə “SOCAR PETROLEUM” QSC tərəfindən 20 manatlıq yanacaq kuponu təqdim edilərək “SOCAR” yanacaqdoldurma məntəqələrinin xidmət sahələri və yanacağın keyfiyyəti barədə qısa məlumatlar verilmişdir. “SOCAR PETROLEUM” QSC-nin rəhbərliyi və kollektivi bütün Azərbaycan xanımlarını təbrik edir, həmişə gözəl və təravətli qalmalarını arzulayır.