+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC- nin yaranmasından 10 il ötür

Şirkətin əsas hədəfi müştərilərinin rahatlığını təmin etmək və maksimal müştəri məmnuniyyətinə nail olmaqdır.

“SOCAR PETROLEUM” QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin iqtisadiyyatında, o cümlədən neft sektorunda apardığı uğurlu və səmərəli islahatların nəticəsi olaraq Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 15.09.2008-ci ildə təsis edilmiş və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlamışdır.
“SOCAR PETROLEUM” QSC elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən uyğun xidmət sahələri ilə kompleksləşdirilmiş, müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələri inşa edir və onları istismar edir.
Cəmiyyət Azərbaycan Respublikasının hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün böyük həcmli sərmayə qoyuluşları həyata keçirir.
Eyni zamanda “SOCAR PETROLEUM” QSC-nin başlıca məqsədi öz fəaliyyətində yüksək keyfiyyətli xidməti təmin edən mütərəqqi texnologiya işləmələrinin tətbiqinə də böyük sərmayələr yatırmaqla yanaşı əhaliyə standartların tələblərinə cavab verən neft məhsullarının satışını təşkil və təmin etməkdir.
“SOCAR PETROLEUM” QSC 2010-cu ilin may ayının 7-də ilk üç yanacaqdoldurma məntəqəsi istifadəyə verməklə neft məhsullarının satışına başlayıb və keçən 10 il ərzində fəaliyyətini genişləndirərək bu sayı 28-ə çatdırıb. Beləliklə Cəmiyyətin xidmət şəbəkəsinə ümimilikdə 28 yanacaqdoldurma məntəqəsi və 12 neft terminalı bazaları daxildir.
“SOCAR PETROLEUM” QSC bir daha bütün müştərilərinə qazanılmış uğurlarda payı olan hər bir şəxsə təşəkkür edir və bildirir ki, bundan sonra da hər zaman peşəkar şirkət olaraq Azərbaycan cəmiyyətinin inkişafına xidmət etməyə davam edəcəkdir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram