+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC yeni aksiyada iştirak edib

“SOCAR PETROLEUM” QSC-nin baş sponsorluğu, “Beat Group” şirkətinin təşkilatçılığı ilə 20 mart 2018-ci il tarixində xeyriyyə məqsədilə “NOVRUZ NO RULES” adlı incəsənət sərgisinə start verilmişdir. Sərgi Port Baku ticarət mərkəzinin “Fashion Avenue” ərazisində həyata keçirilir. Novruz bayramına həsr olunmuş açıq səma altında interaktiv sərgidə hündürlüyü 1.50 metr olan butafor yumurtalar yerləşdirilmişdir. Sərginin ilk günündə tanınmış rəssam və illüstratorlar dəvət olunaraq hərə öz üslubunda bir yumurta üzərində boya çəkdilər. Həmin yumurtalar 1 aprel tarixinədək tam hazır olacaq və açıq havada sərgilənəcəkdir. Sərginin sonunda müxtəlif incəsənət əsərləri ilə bəzədilmiş yumurtalar hərraca çıxarılacaq və hərracdan toplanan vəsait leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi məqsədilə Həyat Fonduna köçürüləcəkdır. Davam etdirilən bu tədbir yerli media və televiziyalarda işıqlandırılmışdır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram