+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM”dan Şuşada daha bir yenilik

 İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə ilk dəfə 2021-ci il fevralın 12-də “SOCAR PETROLEUM” QSC tərəfindən Şuşa şəhərində “SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib. Ötən iki il ərzində stansiyada “Aİ-92” markalı benzin və “Dizel” yanacağının satışı həyata keçirilib.  

Cari ilin fevral ayından etibarən isə həmin stansiya yenilənərək müasir standartlara cavab verən yeni modul tipli YDS ilə əvəz edilib. Nağdsız satış üçün pos-terminalların da fəaliyyət göstərdiyi yeni stansiyada həm də “Aİ-95” premium markalı benzinin satışı həyata keçiriləcək.

Hazırda ölkə ərazisində “SOCAR” brendli 45 YDS şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDS-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyinin yoxlanılması imkanı mövcuddur.

Şirkətin starateji inkişaf planı nəzərə alınaraq gələcəkdə YDS-lərin sayının artırılacağı gözlənilir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram