+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM”dan yeni yanacaq kartları

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanacaqdoldurma məntəqələrində (YDM) xidmət keyfiyyətinin artırılması, yeni xidmətlərin yaranması üçün yeni modulları özündə birləşdirən informasiya sisteminin tətbiqinə başlayıb.

“SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəylinin “İki sahil” qəzetinə verdiyi məlumata görə, bununla da kontaktsız plastik kartların tətbiqi ilə YDM-nin avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrə olunan modullar hazırlanıb ki, bu da SOCAR yanacaq kartları ilə aparılan əməliyyatlarda müştərilərə bir çox üstünlüklər qazandırır. Bu məqsədlə müştəri portalı qurulub, informasiya təhlükəsizliyinin təmin olunduğu veb və mobil versiyalar olmaqla SOCAR yanacaq kartı müştərilərinin kartlarla bağlı əməliyyatların aparılması və hesabatların alınması üçün elektron kabinetlərin mövcud olduğu vahid elektron sistem yaradılıb. Eyni zamanda, SOCAR yanacaq kartlarının respublikamızda fəaliyyət göstərən “e-manat” ödəmə terminallarında şəxsi məlumatlarını daxil etməklə balansın onlayn ödəniş və ya bank köçürmə əməliyyatları vasitəsilə artırılması sistemi də qurulub. Müştərilər SOCAR yanacaq kartlarının balansını digər ödəmə kartları vasitəsilə onlayn artırmaq imkanına da malikdirlər. Bunun üçün YDM-lərdə fəaliyyət göstərən bank pos-terminalları ilə aparılan əməliyyatlar da informasiya sisteminə inteqrə olunub.

Nəticədə müştəri yeni tətbiq edilmiş sistemə uyğun olaraq SOCAR yanacaq kartını YDM-də operatora təqdim etməklə, operator yanacaq kartını yanacaqpaylayıcı kalonkaya quraşdırılmış xüsusi qurğuya bir toxunuşla yanacaq satışını həyata keçirə biləcək. Artıq bu əməliyyatda pos-terminala da ehtiyac qalmayacaq.

Beləliklə də, “SOCAR PETROLEUM”un təqdim etdiyi yenilik müştərilərə hesabın digər vasitələrlə də artırılmasını və nağdsız ödəmələri asanlaşdırmaqla xeyli vaxt itkisini aradan qaldırmaq imkanı verir. Eyni zamanda, müştərilər bu kart vasitəsilə yanacaq xərclərinə onlayn nəzarət edə biləcəklər.

Mətbuat katibi qeyd edib ki, hüquqi və fiziki şəxslərin yeni SOCAR yanacaq kartlarını əldə etmələri üçün www.s-p.az internet səhifəsinə daxil olmaqla “SOCAR PETROLEUM” QSC ilə “Asan imza” vasitəsilə elektron formada müqavilə bağlamaları lazımdır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram