+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM”dan yenilik

Şirkət müştərilərinə qiymət baxımından xeyli sərfəli olan yanacaq növünü təqdim edir

2018-ci ilin ikinci rübündən etibarən “SOCAR PETROLEUM” QSC “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq  müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qazın (STQ – beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”)  satışı və avtomobillərin STQ ilə çalışması üçün xüsusi avadanlıqların quraşdırılması xidmətini həyata keçirəcək. Belə ki, xüsusi yaradılmış servis mərkəzlərində avtomobillərə İtaliya istehsalı olan keyfiyyətli, təhlükəsiz STQ qurğularının quraşdırılması nəzərdə tutulur.

Təklif olunacaq bu xidmət üçün qeydiyyat artıq başlayıb. Bunun üçün avtomobilinə CNG avadanlığı quraşdırmaq istəyən hər bir avtomobil sahibi ilk öncə www.socar-petroleum.az internet səhifəsinin “CNG” bölməsində və ya facebook səhifəsində qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq STQ  neft deyil, təbii qaz əsasında istehsal olunur. Bununla da təhlükəsiz və ekoloji baxımından təmiz olan STQ yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı  hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər. STQ-yə keçid xərclərini də nəzərə alanda, bu, xüsusilə böyük avtomobil parkına sahib olan şirkətlər üçün daha aktualdır. Nəticədə bununla daşınma məsrəflərinin ümumi xərclərdəki payını azaltmaq mümkündür. Eyni zamanda, ölkəmizin böyük həcmdə olan təbii qaz ehtiyatları STQ-ın yaxın gələcəkdə alternativ mühərrik yanacaq növü olaraq daha geniş tətbiqinə şərait yaradır.

STQ həmçinin, yanacağın ənənəvi növlərindən zəhərli tullantılarının miqdarının daha az olması ilə fərqlənir. STQ-nin istifadəsi zamanı dəm qazının miqdarı 90 faiz, karbon dioksid isə təxminən 24 faiz daha azdır. STQ-nin tərkibində azot və kükürd olmadığı üçün müvafiq təhlükəli tullantıları da yoxdur.

Azərbaycanda istifadəsinə gəlincə, Bakı şəhərində ictimai nəqliyyat fəaliyyəti göstərən “BakuBus” MMC-yə məxsus “IVECO” markalı müasir tipli nəqliyyat növü olan avtobuslar “SOCAR PETROLEUM” QSC-nin Zığ-Hövsan Terminal stansiyasında istehsal olunmuş STQ ilə işləyirlər. Zığ-Hövsan Terminal stansiyası Prezident İlham Əliyevin iştirakı ilə 2015-ci il iyun ayının 3-də istifadəyə verilib. Terminal stansiyanın tikinti-quraşdırma işlərində dünyanın ən müasir və təhlükəsiz texnologiyalarından, əsasən də İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlardan istifadə edilib.

 

Facebook
Facebook
YouTube
YouTube
Instagram