+994(12) 570-09-01 info@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SUPER” yanacağının satış dairəsi genişləndirilib

Dünyada avtomobil sənayesinin inkişafı XX əsrdən başlayaraq daha da sürətlənmişdir. Azərbaycanın avtomobil parkında müasir nəqliyyat vasitələrinin artması müştərilərin müasir avtomobillər üçün nəzərdə tutulmuş yanacağa tələbini də artırmışdır. Bu baxımdan “SOCAR PETROLEUM” QSC öz inkişaf strategiyasına sadiq qalaraq, müştərilərə xidmət səviyyəsinin daim yaxşılaşdırılmasına, göstərilən xidmət çeşidinin genişləndirilməsi və şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verir. Bu məqsədlə “SOCAR PETROLEUM” QSC müştəriləri düşünərək və onlara daha əlverişli xidmətlərin göstərilməsi məqsədilə “Avro-5, SUPER” markalı yanacağı daha geniş tərkibdə satışını həyata keçirdəcəkdir. Bu yanacaq növünün satışı əvvəllər dar çərçivədə həyata keçirilirdi. Artıq böyük müştəri kütləsinin “SUPER” markalı yanacağa olan tələbatını nəzərə alaraq Cəmiyyətimiz cari ilin sentyabr ayının 20-dən etibarən ölkəmizin yalnız yeddi müxtəlif ünvanlarında fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünü təklif edəcəkdir. Bundan başqa bir məsələni də diqqətinizə çatdırırıq ki, “SUPER” yanacağının satışı ölkəmizdə yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacdoldurma məntəqələrində həyata keçirilir. Sözü gedən yanacağın qiyməti bir litr üçün 1.30 AZN təşkil edir və xarici ölkədən idxal olunur.

Qeyd olunan yanacağın satışı həyata keçiriləcək yanacaqdoldurma məntəqələrinin ünvanlarını diqqətinizə təqdim edirik:

1 – Bakı-aeroport yolunun sağ tərəfi, keçmiş Sabunçi dairəsi yaxınlığı
2 – Bibiheybət məsçidinin yaxınlığı, yolun sağ tərəfi.
3 – Bakı-Quba yolunun 28-ci km-də, yolun sağ tərəfi.
4 – Aeroport-Bakı yolunun sağ tərəfi, Bakı Olimpia Stadionunun yaxınlığı.
5 – Babək prospekti, üzü şəhər istiqamətində.
6 – Ziya Bünyadov prospekti.
7 – Nobel prospekti.