+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Sürücülər üçün seminar keçirildi

“SOCAR PETROLEUM” QSC-nin dəstəyi və Progress Peşə Təlim Mərkəzi”nin təşkilatçılığı ilə sürücülər və avtomobil ustaları üçün seminar-treninq keçirilmişdir. Sürücülərin və avtomobil ustalarının marifləndirilməsi, onların texniki elmi biliklərinin artırılması məqsədilə keçirilən seminar-treninqdə “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən rəsmi diler avtomobil ehtiyyat hissələri şirkətlərini təmsil edən şəxslər çıxış etmiş, tədbir iştirakçılarının yanacaq və avtomobilə aid suallarına aydınlıq gətirildi. Daha sonra Cəmiyyətin fəaliyyəti, xidmət şəbəkəsi və gələcək planları barədə məlumatlar verildi. Qeyd edildi ki, “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən yanacaq növləri reqlamentə uyğun olaraq saxlanılır, çənlər qrafikə uyğun olaraq təmizlənir, yanacaq paylayıcı kalonkaların iş prinsipinin dəqiqliyinə ciddi nəzarət olunur və yanacaq standartların tələbləri səviyyəsində istehlakçılara çatdırılır. Sonda seminar-treninqdə “SOCAR PETROLEUM” QSC-nin xidmət sahələrini əks etdirən video çarxlar nümayış olundu.

Facebook
Facebook
YouTube
YouTube
Instagram