+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

TANAP-ın Ankara yaxınlığından keçən hissəsinin marşrutu dəyişdiriləcək

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) çəkilişi davam etdirilir və yalnız kəmərin Ankara yaxınlığındakı ərazidən keçən hissəsinin marşrutu dəyişdiriləcək. Bunu “Report”a “SOCAR Energy Turkey A.Ş.”-dən bildiriblər.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-i TANAP üçün aparılan qazıntılar zamanı Ankara şəhəri ətrafında, Gölbaşı qəsəbəsinin Diklitaş məhəlləsi yaxınlığında Roma İmperiyası dönəminə aid, üzərində xaç işarəsi olan otaqlar tapıldığını və bu səbəbdən də işlərin dayandırıldığını açıqlayıb.

“Bu tarixi abidələrə heç bir ziyan dəyməyib və bu tarixi otaqların tapılmasını “SOCAR Turkey”in Türkiyə tarixinə töhfəsi kimi qiymətləndirilir”, – deyə mənbə bildirib.

Facebook
Facebook
YouTube
YouTube
Instagram