+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Xəzərin Türkmənistan sektorunda cəsədi tapılmış neftçinin kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi götürülüb

Xəbər verdiyimiz kimi, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib. Diplomatik kanallarla verilən məlumat əsasında istintaq qrupu və SOCAR-ın əməkdaşları cəsədin tanınması və Azərbaycana gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi ilə Türkmənistana yola düşüb.
“SOCAR Petroleum” QSC AZƏRTAC-a istinadən bildirir ki, artıq Bakıya gətirilən cəsədin kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi götürülüb. Cəsədin şəxsiyyəti məlum olduqdan sonra dəfn mərasimi təşkil ediləcək.
Dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 və “Günəşli” yatağındakı 10 nömrəli dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram