+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“Xaliq Faiqoğlu” şirkəti üçün modul tipli “SOCAR” yanacaqdoldurma məntəqəsi tikiləcək

“Xaliq Faiqoğlu” şirkəti ilə “SOCAR PETROLEUM” QSC arasında şirkətə məxsus olan avtbusların keyfiyyətli yanacaqla təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yanacaqdoldurma məntəqəsinin tikintisnə dair müqavilə imzalanıb.

“Xaliq Faiqoğlu” şirkəti Bakının mərkəzində xidmət göstərən marşrut xətlərində dizel yanacaqlı mühərriklə təchiz edilmiş və Avro 5 standartlarına cavab verən nəqliyyat vasitələrini istismar edir

və hazırda 18 saylı marşrut xəttində CNG yanacağı ilə işləyən və Avro 6 standartlarına cavab verən avtobus test rejimində fəaliyyətini davam etdirir.

İmzalanmış müqaviləyə əsasən qısa müddətdə şirkətə məxsus olan Təmir Mərkəzində “SOCAR” brendli, modul tipli yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti sərnişindaşıma sahəsində çoxillik təcrübəyə malikdir və fəaliyyətini müasirləşdirmək məqsədilə müxtəlif layihələr icra edir.

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti 2008-ci ildən ölkə ərazisində “SOCAR” brendli yanacadoldurma məntəqələrinin inşası və istismarı işlərini həyata keçirir. Cəmiyyət ölkə ərazisində “super”, “premium”, “A92”, “dizel” “CNG” və “LPG” yanacaq növlərinin satışını aparır.  Cəmiyyətə məxsus 30 yanacaqdoldurma məntəqəsinin dördünün ərazisində digər yanacaq növləri ilə yanaşı qiymət baxımından xeyli sərfəli olan sıxılmış təbii qaz yanacağı da istehlakçılara təklif olunur.  Bundan başqa Zığ-Hövsan yolunda sıxılmış təbii qaz (STQ) doldurma məntəqəsi fəaliyyət göstərir ki, burada ancaq STQ yanacağının satışı fasiləsiz olaraq təmin edilir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram