+994(12) 570-09-01 office@socar-petroleum.azen|ru|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Xidmətlər və Məhsullar

Avto servis

“SOCAR” avtoservis – avtomobil təmiri, diaqnostika və texniki xidmət sahəsində tam kompleksli xidmət göstərir. Bizim avtoservisin əsas müştəriləri “Ford”, “BMW”, “Mazda”, “Mercedes” ,“Volkswagen” və digər brendlərin sahibləridir.

Şirkətimizin əsas konsepsiyasını müştəri yönümlü premium-klas xidməti təşkil edir. Əsas prioritetimiz – avtomobil sahibinin tələbatlarıdır. Biz müştərinin qarşılaşdığı problemlərin dəqiq diaqnostikası üçün əlimizdən gələni edir və “SOCAR” avtotexniki xidmət mərkəzində avtomobil təmirinin sizə uyğun qiymət və tarixdə həyata keçiriləcəyinə zəmanət veririk.
Bizim prinsiplərimiz:
1.Hər növ xidmətin keyfiyyətlə yerinə yetirilməsi
2.Eytiyat hissələrinin və avadanlıqlarının dəqiq seçimi
3.Yerinə yetirilmiş işə zəmanət
Biz müştərimizin göstərdəyimiz xidmətdən nəinki məmnun olmasına, həmçinin, xidmətlərimizdən davamlı olaraq faydalanmasına və bizi öz dost və tanışlarına tövsiyə etməsinə can atırıq. Müştərilərimizin fikri bizim üçün hər zaman əhəmiyyətlidir.

ARDNŞ-nin SOCAR CNG layihəsi haqqında

Azərbaycanda yeni yanacaq növu olan CNG (Compressed Natural Gas) yəni STQ (Sıxılmış Təbii Qaz) adlandırılan yanacağın istehsalı və satışı üçün Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR-CNG” MMC törəmə müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikasında sıxılmış təbbi qazın istifadəsinin reallaşdıran “SOCAR CNG” MMC-nin yaradılması ölkə başçısı İlham Əliyev cənabları tərəfindən dövlətimizin iqtisadi yüksəlişinə, xalqımızın rifah halının yaxsılaşdırılmasına bir töhfəsidir. Açılacaq STQ stansiyaları vətəndaşlar üçün həm yeni iş yerləri, həm də iqtisadi və ekoloji cəhətdən daha sərfəli yanacaq növündən istifadə etməyin təmin edilməsidir. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayevin KİV-nə verdiyi məlumata əsasən gələcəkdə STQ stansiyalarının sayının artılaraq ölkə üzrə hər 180 km-dən bir quraşdırılması nəzərdə tutulur. Bu stansiyalar həm iqtisadi həm də ətraf mühitin qorunması və ekoloji baxımdan cox effektlidir. ”SOCAR-CNG” MMC-nin birinci layihəsi və müvafiq olaraq birinci qaz doldurma compressor stansiyası “BakuBus”MMC-yə məxsus olan Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində inşa olunmuşdur. ”Baku Bus”MMc-nin istifadəsində olan avtobuslar STQ mühərriki ilə təchiz olunduğundan,onların yanacaq ilə fasiləsiz təmin olunması üçün “SOCAR-CNG” MMC-nin Zığ stansiyası hədəf tarixi seçilən 2015-ci ilin aprel ayı üçün istismara verilmişdir. Beləliklə Zığ stansiyası qısa müddətli xüsusi dolum rejimi ilə, yəni 4 saat ərzində 300 avtobusu təxmini 50.000 m³-a qədər STQ yanacağı ilə təmin etmə gücünə malikdir.
Zığ STQ Stansiyası 11300 m³ sahəni əhatə edir və həmin sahədə inşa edilərək quraşdırılan kompressor hissəsi, yanacaqdoldurma məntəqəsi, elektrik yarımstansiya ,yeraltı su çəni, qaz boru kəməri,qaz tənzimləyici məntəqədən və inzibati binadan ibarətdir. Zığ STQ Stansiyasının tikinti quraşdırılma işlərində dünyada mövcud olan ən müasir və təhlükəsiz iş rejiminə malik texnologiyalardan, əsasən də İtalyan, İsveç və Alman istehsalı olan avadanlıqlardan istifadə olunmuşdur. Avropada ilk dəfə “Birləşmiş Qablar” metodu ilə işləyən texnoloji dizayn Zığ STQ Stansiyasında tətbiq edilmişdir.
STQ təbii qazın yüksək təzyiqdə 200-250 barda mühüm kompressorlarla sıxlaşdırılmış halıdır. STQ-nin tərkibindəki əsas maddələr: metan 75-90%, etan 5-15%, propan 5%, butan 5 % STQ-nin oktan rəqəmi isə təxmini 120-125-dir. STQ-nin maye qazdan (Yəni LPG) fərqi onun soyutma olmadan qaz halında çənə vurulmasıdır.
Qərb ölkələrinin STQ istifadə təcrübələrini öyrənərkən məlum olur ki, müasir texnologiyaların tətbiqi nəticəsində STQ-nin istehsalı, satışı və istifadəsi zamanı təhlükəsizlik yüksək səviyyədədir,bununla yanaşı STQ digər yanacaq növlərindən daha ucuz başa gəlir. Dünyada STQ-nin yayılmasının aparıcı səbəblərindən biri də bu yanacağın ekoloji baxımdan ənənəvi yanacaqlardan fərqli olaraq zəhərli tullantıların miqdarının daha az olmasıdır. Belə ki, ənənəvi yanacaqlardan fərqli olaraq STQ-nin istifadəsi zamanı dəm qazı (CO) miqdarı 90%, CO2 təxmini 24% daha azdır. STQ-nin tərkibində azot (N) və kükürd (S) olmadığı üçün təhlükəli NO və SO tullantıları olmur və yaxud sıfıra yaxındır.STQ təyyarə, gəmi, ağır yük avtomobilləri kimi hər tip nəqliyyatda istifadə edilə bilər. Dünyada STQ ən çox nəqliyyatda istifadə olunur. Təbii qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiyasıyasının son illər üçün məlumatına görə təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı iki rəqəm əmsalı ilə artmışdır. STQ-nin ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Pakistan, Arqentina, Braziliya, Çin, Hindistan, İtalya və digər qərb ölkələri vardır. Hal- hazırda, dünyada təbii qazla işləyən nəqliyyat 20 milyona yaxın, doldurma stansiyalarının sayı isə 20 mindən artıqdır.

Motel

Müasir dizayna malik olan motel rahat, dənizkənarı sahədə və şəhərin mərkəzindən cəmi 5-10 km aralıda yerləşdir. Motel yüksək dünya standartlarına cavab verir. Qonaqlamaq üçün müasir şəraitə malik moteldə yüksək xidmət göstərilir. Hər otaq yüksək sürətli internet və telefonla təmin olunmuşdur. Moteldə camaşırxana, avtopark və 24 saat işləyən taksi xidməti fəaliyyət göstərir. Burada, sizin dincələ biləcəyiniz restoran və bar da mövcuddur.
SOCAR MOTEL” 26 otağı vardır:
2 lyuks otaq
2 biznes-klas otaq
Digərləri Standart və ikinəfərlik Delyuks otaqlardır.
Vanna otaqlarının hər biri vanna və duş kabini ilə təchiz olunmuşdur. (şampun, sabun və diş fırçası da həmçinin bura daxildir)
Hər bir otağa Wİ-Fİ internet və kondisioner quraşdırılmışdır.
Otaqlar 24 saat isti və soyuq su ilə təmin olunmuşdur.
Otaqlar hər gün təmizlənir.
Moteldə camaşırxana fəlaiyyət göstərir ki, burada siz öz paltarlarınızı təmizlətdirə bilərsiniz.
Bundan əlavə, hər otaqda mini-bar mövcuddur.
Hər otaq rəngli televizor və 300 kanal təqdim edən kabel – peyklə təchiz olunmuşdur.
SOCAR MOTEL” həmçinin, geniş avtoparkı da mövcuddur (təhlükəsiz və rahat).
Motel öz müştərilərinin qayğısına qalır…

Facebook
Facebook
YouTube
YouTube
Instagram