+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 26-da “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib və sərəncamdan irəli gələn vəzifələr “SOCAR PETROLEUM” QSC tərəfindən də həyata keçirilir və Xocalı faciəsinin iyirmi altıncı ildönümündə Xocalı qurbanlarının xatirəsi ehtiramla anılır.
T. Seyidov qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüququn normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülüb.
Digər çıxış edənlər də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən bəhs ediblər. Natiqlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınması istiqamətində gördüyü işlərdən danışıblar. Həmçinin Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi qeyd olunub.
Sonda Xocalı soyqırımı barədə sənədli film nümayiş etdirilib.
Daha sonra Cəmiyyətin rəhbərliyi və əmək kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib və gül dəstələri düzüblər.

Facebook
Facebook
YouTube
YouTube
Instagram