Socar Petroleum

Yüklənir

“SOCAR PETROLEUM” QSC-nin kadr siyasətinə struktur bölmə olan İnsan Resursları şöbəsi baxır. İnsan resursları şöbəsinin başlıca məqsədi kadrların seçilməsi, yerləşdirilməsi, hazırlanması, uçotu və QSC qarşısında duran məsələlərin uğurla həlledilməsi üçün mütəxəssis ehtiyatı yaratmaqdan ibarətdir.

Şöbə QSC-nin öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Komitənin Əsasnaməsini, Komitə Kollegiyasının Qərarlarını, Komitə sədrinin əmrlərini, sərəncamlarını rəhbər tutur.

Şöbə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən QSC-nin digər struktur bölmələri və tabeliyindəki qurum(lar)la, həmçinin dövlət, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

“SOCAR PETROLEUM” QSC-də işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərini nəzərə almaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçiririk. Müsabiqə prosesi müraciətlərin ilkin seçimi, seçilmiş namizədlərin təlim tədris mərkəzində nəzəri və praktiki məşğələlərin keçirilməsindən ibarətdir.

“SOCAR PETROLEUM QSC”də yaranan vakansiyaları mütəmadi olaraq sosial şəbəkə hesabları vasitəsilə elan edilir. Vakansiyalara müraciət edən namizədlərin ilkin seçimini isə vakansiyanın təsviri formasında qeyd olunan kvalifikasiya tələblərinə uyğun olaraq həyata keçiririk. İlkin seçimin nəticələrinə uyğun olaraq namizədləri müsabiqənin növbəti mərhələsi olan  təlim tədris mərkəzindı nəzəri və praktiki məşğələlərə cəlb edilir. Təlim müddətində qənaətbəxş nəticə göstərən namizədlər işə qəbul edilir.

Müsabiqənin bütün mərhələləri ilə bağlı vətəndaşın profilində qeyd etdiyi elektron poçt ünvanına və mobil telefonuna müvafiq bildirişlər göndərilir.