Keyfiyyət Hədəflərimiz müştəri şikayətlərinin ən aşağı səviyyəyə çatdırılması.
Məqsədimizə uyğun olaraq Keyfiyyət Siyasətimiz müştərilərimizin gözləntilərini anlamaq, şərtnamələrə, standartlara, sənaye qaydalarına və qanunvericiliyə uyğun məhsul və xidmət təqdim etmək, müştərilərin məmnuniyyətini qoruyub saxlamaqdır. Bu məqsədlə aşağıdakı prinsiplərə riayət etməyi özümüzə borc bilirik:
- Keyfiyyət İdarəetmə Sistemi (KİS) üçün keyfiyyət məqsədlərinin qurulmasını və bu məqsədlərin “SOCAR PETROLEUM” QSC-nin keyfiyyət siyasətinə, kontekstinə və strateji istiqamətinə uyğunlaşdırılmasını təmin etmək
- Əməliyyatlarımızı ISO 9001 standartlarına uyğunlaşdırmaq
- Bütün maraqlı tərəflərin tələblərinin aydın şəkildə anlaşıldığından əmin olaraq, məhsul və xidmətlərimizi vaxtında və peşəkar şəkildə təhvil vermək
- Məhsul və xidmətlərimizin çatdırılması proseslərinin müəyyənləşdirilməsindən, lazımi resurslarlarla təmin edilməsindən, sənədləşdirilməsindən, izlənilməsindən və ölçülməsindən əmin olmaq
- Məhsulların və xidmətlərin uyğunluğuna təsir göstərə biləcək riskləri və fürsətləri müəyyənləşdirərək və onlardan istifadə edərək KİS-ni davamlı olaraq təkminləşdirmək
- “SOCAR PETROLEUM” QSC-nin bütün işçilərinin müvafiq iş sahələri üçün təhsil, təlim və təcrübəsi üzrə bacarıqlı olmasından əmin olmaq
- Təkmilləşdirilmiş məhsul və xidmətlərin təmin olunması üçün tədarükçülərlə və maraqlı tərəflərlə əməkdaşlıq qurmaq
- Keyfiyyət İdarəetmə Sisteminin tətbiqinin və səmərəliliyinin davamlı olaraq təkmilləşdirilməsinə nəzarət etmək və təhlil etmək.