Socar Petroleum

Yüklənir

Sıxılmış Təbii Qaz (CNG)

“SOCAR PETROLEUM” QSC, YDS şəbəkəsinin inkişaf planına uyğun olaraq, CNG (Sıxılmış Təbii Qaz) məntəqələrinin yaradılmasına xüsusi önəm verir. CNG hazırda sərfiyyat və təhlükəsizlik baxımdan bazarda olan ən əlverişli və ekoloji cəhətdən ən təmiz yanacaqdır. Bunu nəzərə alan SOCAR CNG satışı istiqamətində fəaliyyətini intensivləşdirir. Hazırda YDS-lərdə fəaliyyət göstərən CNG məntəqələrinin sayı 9-a çatdırılıb. 

Qeyd edək ki, digər yanacaq növlərinə nisbətən təbii qaz azotu 70-90%, karbon monoksidi 60-70%, karbon dioksidi isə 20-30% daha az emissiya edir. Təbii qazda kükürd olmadığından kükürd oksidləri yaranmır. Bu da, öz növbəsində mühərrikin metal səthlərinin aşınmasının qarşısını alır. Beləliklə, bu yanacağın keyfiyyətləri daxiliyanma mühərriklərinin istismar və yağdəyişmə müddətinin uzadılmasına və yağdəyişmə xərclərinin azaldılmasına imkan verir. 2018-ci ildən etibarən ölkədə təbii qaz hasilatı artan həcmlərlə inkifaş etdiyi üçün gələcəkdə yanacaq bazarında CNG çatışmazlığı gözlənilmir. 

CNG (“compressed natural gas”) təbii qazın 200 bar təzyiq altında sıxılmış formasıdır, 95% metandan ibarətdir. Satış qiymətinin aşağı olması istehlakçıların maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır. Beynəlxalq təcrübəyə əsasən, benzin və dizel yanacaq növlərinin əsas alternativi sayılan CNG ekoloji cəhətdən ən təmiz və təhlükəsiz mühərrik yanacağıdır və “AVRO-6” ekoloji standartının tələblərinə cavab verir. Sərfiyyatı, maye qaz (LPG) ilə müqayisədə, 20% azdır.

Azərbaycanda 2015-ci ildən etibarən ictimai nəqliyyatda istifadə edilir, 2018-ci ildən isə YDM şəbəkəsi vasitəsilə pərakəndə satılılr. CNG-nin Azərbaycanda əsas istifadəçilərindən biri də “BakuBus” MMC-dir.