“SOCAR PETROLEUM” QSC Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərə, eləcə də fərdi müştərilərə müvafiq alqı-satqı müqaviləsi bağlanılmaqla avtomobil yanacaqlarının kart vəsaiti ilə satışını həyata keçirir.
“SOCAR PETROLEUM” QSC-nin xidmətlərindən istifadə etməyiniz üçün, müvafiq alqı-satqı müqaviləsi bağlanılmasına dair Cəmiyyətin baş direktoru Abdulla Tağıyevin ünvanına Sizin şirkətin rəhbərliyi tərəfindən rəsmi müraciət təqdim olunmalı;
- Rəsmi müraciət əsasında müvafiq alqı-satqı müqaviləsi hazırlanaraq ikitərəfli təsdiq olunmalı;
- Sifarişiniz əsasında plastik kartların və tələbatınıza uyğun yanacağın dəyərinin ödənilməsi üçün hesab-faktura təqdim olunur;
- Ödənilən vəsait “SOCAR PETROLEUM” QSC-nin hesablaşma hesabına daxil olduqdan sonra sifarişinizə uyğun yanacaq kartları hazırlanır;
- Plastik kartlar yalnız Şirkətinizin təsdiq olunmuş vəkalətnamə və ya etibarnaməsinə əsasən müəyyən olunmuş məsul şəxsə akt əsasında təhvil verilir;
- Kartlarla yanaşı, “SOCAR PETROLEUM” QSC-yə məxsus saytda Şirkətiniz üçün açılmış “Şəxsi kabinet”dən istifadə etmək üçün istifadə təlimatı, “istifadəçi adı” və “porol” təqdim olunur;
Kart vəsaitilə yanacaqdan istifadə, yalnız əvvəlcədən ödəniş olunduqdan sonra mümkündür.
Yanacaq kartları 2 qaydada istifadə edilir.
Avtomaşının dövlət nömrə nişanı kartın daxili yaddaşına qeyd olunur ki, bu kartdan yalnız həmin avtomaşının yanacaqdan istifadəsi mümkündür.
Kartın daxili yaddaşı boş saxlanılır ki, bu kartdan istənilən avtomaşının yanacaqdan istifadəsi mümkündür.
“SOCAR PETROLEUM” QSC-yə məxsus saytda Şirkətiniz üçün açılmış “Şəxsi kabinet”dən istifadə etməklə aşağıdakılar mümkündür:
- Kartlara onlayn pul yüklənməsi;
- Kartların hərəkətinə nəzarət;
- Kartlara limit və məhdudiyyətlərin qoyulması;
- İstənilən dövr üçün hesabatların əldə olunması.
- Plastik kartların daxili yaddaşında avtomaşının dövlət nömrə nişanı müştəri tərəfindən istənilən dövrdə dəyişdirilə bilər.