+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

20 Yanvar – Ümumxalq Hüzn Günüdür

1990-cı il 20 Yanvar tarixi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş tarixdən 26 il ötür. Günahsız insanların qətli ilə nəticələnən və75e72bf6e4377e18645621851f7721fb_XL böyük itkilərə səbəb olan 20 Yanvar faciəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Azərbaycan xalqı ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş vətəndaşlarını unutmayacaq və işıqlı xatirəsini daim ehtiramla yad edəcək.

Facebook
Facebook
YouTube
YouTube
Instagram