+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

31 dekabr dünya azərbaycanlılarının həmrəylik günüdür

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanqıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.  Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, həmrəyliyin banisi idi. Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu. 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərdi. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi bir kəlam isə dilllər əzbərinə döndü. Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi. Ulu öndərimiz xaricə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də vaxt ayırır, onlara tövsiyyələrini verirdi. Hazırda Prezident İlham Əliyev də ulu öndərin bu estafetini də uğurla davam etdirir. Dövlət başçısının 8 fevral 2006-cı il tarixli sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının 2-ci qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü. Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndimə Şurasının toplantısında “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbul edildi.

Həmrəylik günü xalqımızın birlik şüarının simvolik günüdür. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər.

Facebook
Facebook
YouTube
YouTube
Instagram