+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

ANS ÇM və “SOCAR PETROLEUM” QSC-dən möhtəşəm və sürprizli həftə sonu

5 xoşbəxt qalib Fransada keçiriləcək futbol üzrə dünya çempionatını canlı izləmək şansı qazanıb.

“SOCAR PETROLEUM” QSC ANS PRESS-ə istinadən xəbər verir ki, ANS ÇM radiosu paytaxt sakinlərinə xoş anlar yaşatmaq, onları sevindirmək üçün daha bir tədbir keçirib. ANS PRESS-in məlumatına görə, paytaxtın “Megafun” ticarət və əyləncə mərkəzində keçirilən möhtəşəm konsert proqramı ANS ÇM və “SOCAR PETROLEUM” QSC-nin birgə təşkilatçılığı ilə təşkil edilib. Tədbiri uşaqlardan ibarət “Mehriban” rəqs qrupu açıb. Balacaların rəqsi tamasaçılar tərəfindən sürəkli alqışlarla nəticələnib.

Tədbirdə iştirak edən şou-biznes müğənniləri konsert iştirakçıları üçün özlərinin ən sevilən mahnılarını ifa ediblər. ANS ÇM radiosunun “Sona kimi” verilişinin aparıcısı Sona Rəsulovanın aparıcılığı ilə keçirilən tədbirdə xalq artisti Flora Kərimova, tanınmış müğənnilər Elnarə Xəlilova, Lalə Məmmədova, Elza, Murad Arif, Rəşad İlyasov, Yaşar Cəlilov dinləyicilərin zövqünü oxşayıblar.

Gecənin sürprizini “SOCAR PETROLEUM” QSC yaşadıb. Fransada keçiriləcək UEFA EURO 2016 çempionatında iştirak etmək üçün “SOCAR PETROLEUM” QSC-nin yanacaqdoldurma məntəqələrindən əldə olunmuş lotoreyaların qalibləri müəyyənləşib.

Konsert zamanı “Yanacağı SOCAR-da doldur UEFA EURO 2016-ya bilet qazan” devizi ilə keçirilən kampaniyanın qaliblərinin adları müğənnilər tərəfindən xüsusi qablaşdırılmış qutudan çıxardılaraq bəlli olub. 5 xoşbəxt qalib Fransada keçiriləcək futbol üzrə dünya çempionatını canlı izləmək şansı qazanıb.

Qeyd olunan qaliblərlə 19 may 2016-cı il tarixində səhər saat 11:00-da “SOCAR PETROLEUM” QSC-nin ofisində görüş keçiriləcəkdir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram