+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Azərbaycan və Çin arasında “SOCAR GPC” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

May ayının 14-də Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər – bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb.
“SOCAR PETROLEUM” QSC “Report”-a istinadən xəbər verir ki, forum çərçivəsində Azərbaycan və Çin arasında “SOCAR GPC” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb.
Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram