+994(12) 570-09-01 office@socar-petroleum.azen|ru|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi üzrə növbəti müqavilə imzalamışdır

Bu gün SOCAR və İtaliyanın “KT-Kinetics Technology S.p.A” şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb. SOCAR saytının yaydığı məlumata görə, imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, “Maire Technimont Group”un vitse-prezidenti, eyni zamanda “KT-Kinetics Technology S.p.A” şirkətinin İdarə Heyətinin sədri, prezidenti Cannı Bardazzi (Gianni Bardazzi),...
Ətraflı

Türkiyə SOCAR-a CNG satışı üçün 30 illik lisenziya verib

Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) “SOCAR Turkey LNG Satış A.Ş”yə 30 il müddətinə CNG (sıxılmış təbii qaz) satışı üçün lisenziya verib. “SOCAR Petroleum” QSC “Report”-a istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyənin rəsmi qəzetində elan verilib.

SOCAR və Beynəlxalq Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi qüvvəyə minib

SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb. “SOCAR Petroleum” QSC AZƏRTAC-ın saytına istinadla xəbər verir ki, sazişi Budapeştdə SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer imzalayıblar. Anlaşma dörd il müddətinə nəzərdə tutulub. İmzalanma mərasiminin ardından M.Vizer bildirib ki, bu tərəfdaşlıq cüdonun bütün dünyada təşəkkül tapması baxımından...
Ətraflı

“Günəşli” yatağındakı 10 saylı özüldə yanğın söndürülmüşdür

Dekabrın 4-də Bakı və Abşeron yarımadasında nadir hallarda təsadüf edilən çox güclü qasırğa zamanı “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyular fevralın 10-da tamamilə söndürülmüşdür. Bu barədə socar.az məlumat yayıb. Yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində quyuların hermetikliyi pozulmuşdu ki, bu da quyuların boğulmasını çətinləşdiriridi. Mövcud texnika və...
Ətraflı

TANAP-ın Ankara yaxınlığından keçən hissəsinin marşrutu dəyişdiriləcək

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) çəkilişi davam etdirilir və yalnız kəmərin Ankara yaxınlığındakı ərazidən keçən hissəsinin marşrutu dəyişdiriləcək. Bunu “Report”a “SOCAR Energy Turkey A.Ş.”-dən bildiriblər. Qeyd edək ki, Türkiyənin bəzi KİV-i TANAP üçün aparılan qazıntılar zamanı Ankara şəhəri ətrafında, Gölbaşı qəsəbəsinin Diklitaş məhəlləsi yaxınlığında Roma İmperiyası dönəminə aid, üzərində xaç işarəsi olan otaqlar tapıldığını və bu səbəbdən də işlərin dayandırıldığını açıqlayıb....
Ətraflı

Facebook
Facebook
YouTube
YouTube
Instagram