+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Hacıqabulda yeni “SOCAR” yanacaqdoldurma məntəqəsi açılıb

İyul ayının 7-də Hacıqabul rayonu, Pirsaat qəsəbəsində orjinallığı ilə diqqəti cəlb edən “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus ən yüksək standartlara cavab verən, SOCAR  brendi altında sayca 21-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. İistifadəyə verilən həmin məntəqədə nağdsız ödənişi nəzərdə tutan POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib.

Yeni YDM-in istifadəyə verilməsini “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov açıq elan etdi. Tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış edildi.

Baş direktor T. Seyidov bir neçə il əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı söylədiyi sözləri xüsusilə vurğuladı: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirməlidir”. 

Bu prinsiplərə dayanaraq Azərbaycan Respublikası ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi aktiv şəkildə genişlənir və hal-hazırda həmin məntəqələrin hər birində orta hesabla 60 nəfər işçi çalışır.

Tədbirin sonunda “SOCAR PETROLEUM” QSC-nin baş direktoru T. Seyidov kollektivi yeni yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar dilədi. Eyni zamanda vurğuladı ki,  əməkdaşların qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəyinə, öhdəliklərə daim məsuliyyətlə yanaşacağına və etimadı doğruldacaqlarına əminlik ifadə etdi.

Facebook
Facebook
YouTube
YouTube
Instagram