+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

”İki yad adam” filminin təqdimat mərasimi keçirilmişdir

İyunun 23-də ”SOCAR Energy Georgia” şirkətinin dəstəyi ilə Tbilisidə görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin ”Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılımış ”İki yad adam” bədii filminin təqdimat mərasimi keçirilmişdir.Film ilk dəfə mart ayında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində World Cultural Open Organizationun dəstəyi ilə keçirilən Grand Asian Film Festivalının final gecəsində nümayiş olunmuş, “Sosial mövzuda ən yaxşı film” və “Ən yaxşı aktyor işinə görə” mükafatlarına layiq görülmüşdür. Apreldə isə fimin Astanada nümayişi baş tutmuşdur.
Qeyd edək ki 1930-cu ildə Mir Cəlal Paşayev tərəfindən qələmə alınan əsər, gənc Azərbaycan ailəsinin sosial-ictimai həyatından bəhs edir. Filmdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ər- arvadın maraqlı ünsiyyətindən bəhs olunur. Filmin yaradıcı heyəti tamaşaçıya bu gün də gənc ailələrdə akual olan problemləri çatdırmaq istəyib. Filmdə baş rolları Duyğu Dəvəli, Riad Abdul və əməkdar artist Gülşad Baxşıyeva ifa ediblər. Digər rollarda isə Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları iştirak ediblər.

Facebook
Facebook
YouTube
YouTube
Instagram