+994(12) 570-09-01 office@socar-petroleum.azen|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

İlham Əliyev XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında iştirak edib

Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil&Gas-2016”) sərgisi və VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power-2016”) sərgisi başlayıb. “Report” xəbər verir ki, sərgilər iyunun 4-də başa çatacaq.

Sərgilərin açılış mərasimində Azərbaycan Prezidenti Ilham Əliyev iştirak edib.

Bu il Xəzər neft-qaz sərgisində 30 ölkənin 240 şirkəti iştirak edir. Sərgiyə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri qatılıb. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edir. Hər il “Caspian Oil&Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir.

Tədbirin sponsoru SOCAR, qızıl sponsorlar BP və “Petronas” şirkətləri, gümüş sponsor isə “Bos Shelf” şirkətidir. Digər sponsorlar arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”, “Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri var.

“Caspian Power-2016” sərgisi “Xəzər neft və qaz, neft emalı və neft-kimya” (“Caspian Oil&Gas”) beynəlxalq sərgi-konfransı ilə eyni platformada keçirilir.

“Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Sərginin iştirakçıları arasında Belarus, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərgidə 6 ölkədən 30 şirkət iştirak edir. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, LED işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunur.

Qeyd edək ki, iyunun 2-3-də ənənəvi beynəlxalq Xəzər Neft-Qaz konfransı da keçiriləcək. Sərgilərin və konfransın təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram