+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR” brendli 60-cı yanacaqdoldurma stansiyası Ağdaşda istifadəyə verilib

Ölkəmizin bütün bölgələrində əhalinin keyfiyyətli yanacağa olan tələbatını təmin etmək “SOCAR PETROLEUM” QSC-nin prioritet istiqamətlərindən biridir. Bu xüsusda növbəti “SOCAR” brendli yanacaqdoldurma stansiyası (YDS) Ağdaş rayonunda istifadəyə verilib. 

Əvvəlcə “SOCAR PETROLEUM” QSC-nin nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Ağdaş rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.  

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “SOCAR PETROLEUM”un  və “Kapital Bank”ınnümayəndələri iştirak ediblər.

Çıxış edənlər şirkətin strateji inkişaf planından bəhs edərək “SOCAR” brendi altında fəaliyyət göstərən YDS şəbəkəsinin aktiv şəkildə genişləndirildiyini vurğulayıblar. Eyni zamanda, QSC-nin işçi heyətinə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.  

Qeyd edək ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 26 yeni iş yeri də yaradılıb. Yeni YDS-lər, eyni zamanda, ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.

Rayonun Məşəd kəndinin ərazisində istifadəyə verilən YDS-də 6 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Dizel”, “Aİ-92”, “Aİ-95” Premium və “Aİ-98” Super markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək.

Yeni yanacaqdoldurma stansiyasında həmçinin, elektromobillər üçün şarj avadanlığı da quraşdırılıb. Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər.

Hazırda Ağdaşda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində “SOCAR” brendli 60 yanacaqdoldurma stansiyası və 12 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 8-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.

“SOCAR” brendi ilə fəaliyyət göstərən YDS-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyinin yoxlanılması imkanı mövcuddur.

Facebook
Facebook
YouTube
YouTube
Instagram